Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Müxalifət yeni təxribatlar hazırlayır?!

Milli şuranın sədri, “dünya şöhrətli” tarixçi, müxalifətin vahid namizədi, professor, III qrup əlil Cəmil Həsənli  və “dünya şöhrətli “  iqtisadçı Qubad İbadoğlu Azərbaycan dövlətinə qarşı təxribat hazırlmaq istəyirlər. Onlar xaricdəki havadarlarının və antı-azərbaycan qüvvələrinin təhriki ilə Venesula Prezidentinin Bakıya gəlməsi münasibəti ilə mitinq keçirib Azərbaycan dövlətini” ifşa” etmək istəyirlər.” Başbilən”lərin sözlərinə görə, Maduranı prezident kimi 50-dən çox ölkə tanımır. Venesuelada yalnız müxalifəti tanıyırlar. Əgər belədirsə prezident kreslosunda niyə müxalifət yox, Madura oturub. Doğrusu, Cəmil Həsənlinin  və Qubad İbadoğlunun bu sözlərindən təəcüblənməyə bilmirsən. Onların savad və səviyyələrinə də heyrətlənirsən. Onlar yalnız Ermənistanın baş naziri Nikol Paşinyanı boş-boş tərifləməkdən başqa heç nə bilmirlər.

Digər tərəfdən “görkəmli hüquqşünas”, “millət fədaisi” , AXCP sədri Əli Kərimli xalqı mitinqə çağırsa da, etiraf edir ki, müxalifət partiyaları arasında birlik yoxdur. Bir sözlə, müxalifətçilərin bu hərəkəti  “sən ağa mən ağa, inəkləri kim sağa”  məsəlini xatırladır.

Müsavat Partiyasının IX qurultayında isə azad, ədalətli, demokratik seçki olmadı. Başqanlığa namizəd Yadigar  Sadıqlı Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərlə mübahisədən sonra  qurultayı yarımçıq tərk etdi. Indiki iqtidardan  azad, ədalətli, demokratik seçki tələb edən Tofiq Yaqublu isə “nokaut”a düşdü. Onu da bildirək ki, digər müxalifət partiyalarının rəhbərləri qurultaya dəvət edilməmişdi.

Azərbaycana qarşı daim siyasi aksiya yeritməkdə püxtələşmiş Qənimət Zahid isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Aşqabadda “AXC-Müsavat” hökumətini nə üçün  tənqid etdiyini bildirdi. Cənab Prezident ona görə “AXC-Müsavat” hökumətini tənqid etdi ki, onlar 9 may faşizm üzərində Qələbə gününü ləğv etmişdilər. İkinci Dünya müharibəsində Azərbaycandan cəbhəyə 600 min nəfər getmiş, onlardan yarısı həlak olmuşdu. Ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbindən sonra hakimiyyətə gələndən sonra  bu bayramın qeyd edilməsinə başlandı.

“Görkəmli hüquqşünas”, radikal fikirli  Əli Kərimli deyir ki, Azərbaycanda legitim seçki olmayıb. Bunu ATƏT deyir. Qeyd edək ki, Azərbaycanda azad,ədalətli, demokratik, şəffaf və legitim seçki olub. Seçicilərin 85 faizi ölkə Prezidenti cənab İlham Əliyevə səs veriblər. Əli Kərimlidən soruşmaq lazımdır ki, hökuməti söydüyünə görə, ATƏT ayda ona nə qədər pul verir. Çünki hökumətin əleyhinə yazılar verən,  adını çəkmək istəmədiyimiz bir şəxsə  ( lazım gələrsə adını açıqlayarıq) ATƏT ayda 650 avro verirdi.

Nəhayət, heç bir birliyi,sosial bazası , strategiya və taktikası olmayan AXCP və milli şura adlanan qurum  müstəqil, suveren Azərbaycan Respublikasında heç bir təxribat, iğtişaş yarada bilməz. Çünki ölkəmizdə siyasi sabitlik möhkəmdir.

AXCP-nin 8 oktyabr aksiyasındakı təxribat, İğtişaş  yaratmaq  planı alt-üst oldu. Bu müxalifətçilər üçün əyani sübutdur.

 

Qəzənfər QASIMOV,
"Xalq qəzeti”    

14 Oktyabr 2019 12:39 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə