Ən son xəbərlər
“Gala Opera Baku” “Yeddi gözəl” beynəlxalq layihəsi dekabrın 1-də tamaşaçılara təqdim ediləcək. Özünəməxsusluğu ilə seçiləcək konsertdə Tanınmış opera ifaçıları Alina Yarova, Lali Xabalova, Anastasiya Çernovolos, Jalə İsmayılova, Yuliya Süleymanova, Yana Məlikəyeva, Aldona Tskua çıxış edəcəklər.
Tanınmış opera ustalarının ifası ilə modanı özündə birləşdirən unikal konsertdə tamaşaçılar tanınmış bəstəkarların ariyalarını, Neapolitan mahnılarını, eləcə də Azərbaycan bəstəkarlarının əsərlərini dinləyə biləcəklər. İfa edilən əsərlər simfonik orkestrlə müşayət ediləcək.
İfaçılar həmçinin səhnədə ifa edərkən öz ecazkar səsləri ilə yanaşı, həmçinin SultanCouture”-dan olan geyimləri, zərgərlik nümunələrini də təqdim edəcəklər. Beynəlxalq layihənin də unikallığı budur.
Konsert beynəlxalq müsabiqələr laureatı Cavad Tağızadənin dirijorluğu ilə reallaşacaq.
Konsert tanınmış modelyer Orxan Sultanın yaradıcılıq yubileyinə həsr edilib. O, kostyumlar üzrə rəssam, dekorator, eləcə də Rusiya Federasiyasının Dizaynerlər Birliyinin üzvü, Parisdə Rusiyalı Rəssamlar Assosasiyasının üzvü, eləcə də moda sənayesində beynəlxalq mükafatlar laureatıdır. Həmyerlimizin əl işləri beynəlxalq sərgilərdə, tədbirlərdə nümayiş edilir.
Qeyd edək ki, konsert dekabrın 1-də Heydər Əliyev Sarayında olacaq.
Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə