Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ağcabədidə fermer təsərrüfatı cəzalanıb

"Əkinçi BO Fermer Təsərrüfatı” MMC tərəfindən Ağcabədi rayonunun Harami düzündə aqroparkın yaradılması məqsədilə suvarma sisteminin quraşdırılması zamanı tikinti altına düşəcək ağacların məhv edildiyi aşkar olunub.

Faktla bağlı "Əkinçi BO Fermer Təsərrüfatı” MMC barəsində ağacların köçürülməsinə aid verilmiş icazəyə əməl edilmədiyinə görə akt tərtib olunub və təbiətə 37650 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə,dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər barələrində qanunamüvafiq tədbirlərin görülməsi üçün Ağcabədi Rayon Prokurorluğuna göndərilib.

 

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

30 Sentyabr 2019 17:27 - EKOLOGİYA
EKOLOGİYA
25 Yanvar 2022 | 17:57
Sabahın HAVA PROQNOZU
24 Yanvar 2022 | 17:51
Sabahın HAVA PROQNOZU
21 Yanvar 2022 | 17:55
Sabahın HAVA PROQNOZU
18 Yanvar 2022 | 17:58
Sabahın HAVA PROQNOZU

Köhnə versiyamızdan xəbərləri izlə