Ən son xəbərlər
Azərbaycan Tibb Universitetinin (ATU) insan anatomiyası və tibbi terminologiya kafedrasının məsləhətçi professoru, Əməkdar elm xadimi, tibb elmləri doktoru Rafiq Əsgərov “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918--2018)” medalı ilə təltif olunub.
R.Əsgərov 65 il ərzində ATU-da tibb kadrlarının hazırlanmasında göstərdiyi yüksək xidmətlərə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən bu medala layiq görülüb.
Medal, professor Rafiq Əsgərova sentyabrın 18-də kafedranın müdiri, professor Vaqif Şadlinski və ATU-nun stomatologiya fakültəsinin dekanı, dosent Səid Əhmədov tərədindən təqdim olunub.
Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə