Ən son xəbərlər
“Taxt-tac oyunları” şousu “Creative Arts Awards”ın təqdimat mərasimində ən yaxşı xüsusi effektlərə görə yeddinci dəfə “Emmi” mükafatına layiq görülüb. Fantaziya üslubunda olan televiziya serialı bu kateqoriyadan olan mükafatlara görə “Ulduzlar yolu:Növbəti nəsil” və “Ulduzlar yolu: Voycer” filmlərini qabaqlayıb. “Taxt-tac oyunları” 2012-ci ildən başlayaraq, ən yaxşı xüsusi effektlərə görə mükafatının qalibi olmuşdu. Təkcə 2017-ci ildə film nominantlar arasında olmadığı üçün mükafat almayıb. Bu il şou mükafatı filmdə həlledici döyüşlərin getdiyi “Zənglər” epizoduna görə qazanıb.
Məlumatı RİA “Novosti” yayıb.
Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə