Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Real” Zidanı istefaya göndərir

Madridin “Real” klubu baş məşqçi Zinəddin Zidanı istefaya göndərməyi planlaşdırır. İddiaya görə, ötən mövsüm ard-arda uğursuz çıxışlarla yadda qalan klub yeni mövsümə də bir o qədər ürəkaçan səviyyədə başlamayıb. Bildirilir ki, “Kral klubu” növbəti mövsümdə komandanı hazırda “Liverpul”a başçılıq edən Yurgen Kloppa tapşırmaq niyyətindədir. Alman mütəxəssisə illik 16 milyon avro maaş təklif olunduğu deyilir.
Xəbəri “Marca” verib.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

12 Sentyabr 2019 10:12 - İDMAN
İDMAN
6 May 2021 | 08:20
Joze Mourinyo “Roma”da

Köhnə versiyamızdan xəbərləri izlə