Ən son xəbərlər
İqtisadiyyat Nazirliyi tərəfindən yaradılmış İnnovasiyaların Təşviqi Qrupu “Qlobal avtomobil sənayesinin bu günü və sabahı: yanacaq və ətraf mühit problemləri” mövzusunda tədbir keçirib.
İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutundan bildirilib ki, tədbir innovativ təkliflərin sənaye sektorunda təşviqi məqsədi daşıyır.
İstanbul Texniki Universitetinin professoru Rafiq Mehdiyev “Yüksək performans və az yanacaqla çalışan prototip mühərrik modeli” layihəsini təqdim edib. Tədbirdə iştirak edən bir sıra müəssisələr layihənin həyata keçirilməsində maraqlı olduqlarını bildiriblər.
V.BAYRAMOV,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə