Ən son xəbərlər
Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 183 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Əkbər Əsədov kikboksinq idman növü üzrə Macarıstanda keçirilən Avropa çempionatında bütün rəqiblərini məğlub edərək 1-ci yerə layiq görülüb.
Gənclər və yeniyetmələr arasında kikboksun “WAKO” (World Association of Kickboxing Organizations) versiyası üzrə keçirilən Avropa çempionatında 48 kiloqram çəki dərəcəsində mübarizə aparan Əkbər Əsədov yarımfinal və final qarşılaşmalarında rəqibinə nokautla qalib gələrək Avropa çempionu adını qazanıb və qızıl medalla təltif olunub.
İdmançının məşqçi müəllimi əməkdar məşqçi Hakim Hacıyevdir.
Qeyd edək ki, çempionatda 39 ölkədən 1991 idmançı mübarizə aparıb.
Elşən AĞALAR,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə