№ 396 Bakı şəhəri, 6 sentyabr 2019-cu il
“Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxeminin və məbləğlərinin, vəzifə maaşlarına əlavələrin məbləğlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 iyul tarixli 270 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
“Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1259 nömrəli Sərəncamının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxeminin və məbləğlərinin, vəzifə maaşlarına əlavələrin məbləğlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 iyul tarixli 270 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 7, maddə 1349; 2018, № 3, maddə 612, № 11, maddə 2432; 2019, № 4, maddə 750) aşağıdakı dəyişikliklər edilsin:
1.1. aşağıdakı məzmunda 4-1-ci hissə əlavə edilsin:
“4-1. Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmamış müəllimlərin aylıq vəzifə maaşı bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin aylıq vəzifə maaşından 25 faiz aşağı, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmamış gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin aylıq vəzifə maaşı isə bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin aylıq vəzifə maaşından 10 faiz aşağı müəyyən edilsin.”;
1.2. həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşlarının sxemi” yeni redaksiyada təsdiq edilsin (əlavə olunur);
1.3. həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan, gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin aylıq vəzifə maaşlarının sxemi” yeni redaksiyada təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərar 2019-cu il sentyabrın 1-dən tətbiq edilir.
Novruz Məmmədov
Azərbaycan Respublikasının Baş Naziri
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2019-cu il 6 sentyabr
tarixli 396 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.
1 nömrəli əlavə
Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşlarının
SXEMİ
Sıra
№-si
|
Təhsili
|
Bir stavka dərs yükü 18 saat olmaqla, aylıq vəzifə maaşı (manatla)
|
pedaqoji staj 3 ilə qədər olduqda
|
pedaqoji staj 3 ildən 8 ilə qədər olduqda
|
pedaqoji staj 8
ildən 13 ilə qədər olduqda
|
pedaqoji staj 13 ildən 18 ilə qədər olduqda
|
pedaqoji staj 18 ildən çox olduqda
|
1.
|
Ali təhsilli
|
460
|
495
|
520
|
555
|
595
|
2.
|
Orta ixtisas təhsilli
|
420
|
445
|
460
|
490
|
510
|
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2019-cu il 6 sentyabr
tarixli 396 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.
2 nömrəli əlavə
Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan, gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin aylıq vəzifə maaşlarının
SXEMİ
Sıra
№-si
|
Təhsilin pillələri və pedaqoji staja qoyulan tələblər
|
Aylıq vəzifə maaşı (manatla)
|
1.
|
Xüsusi hazırlıq keçmiş, tam orta təhsilli, pedaqoji stajı ən azı 5 ilə qədər
|
310
|
2.
|
Xüsusi hazırlıq keçmiş, tam orta təhsilli, pedaqoji stajı 5 ildən çox; orta ixtisas təhsilli, pedaqoji stajı 5 ilə qədər
|
320
|
3.
|
Orta ixtisas təhsilli, pedaqoji stajı 5 ildən 10 ilədək; orta hərbi təhsilli və ya ali təhsilli, pedaqoji stajı hər iki halda 5 ilə qədər
|
330
|
4.
|
Ali təhsilli, pedaqoji stajı 5 ildən çox; orta ixtisas təhsilli, pedaqoji stajı 10 ildən çox; orta hərbi təhsilli, pedaqoji stajı 5 ildən çox; ali hərbi təhsilli, pedaqoji staja tələb qoyulmadan
|
350
|