Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Odessa şəhərinin yaranmasının 225 illiyi münasibətilə keçirilən tədbirdə Yalçın Adıgözəlov da iştirak edib

Azərbaycanın Xalq artisti, dirijor Yalçın Adıgözəlovun Ukraynanın Odessa şəhərinin Opera və Balet Teatrında konserti olub.

Odessa şəhərinin yaranmasının 225 illiyi və "Odessa operasının məxmər mövsümü" 5-ci yubiley festivalı çərçivəsində keçirilən konsertdə ilk dəfə çıxış edən Y.Adıgözəlovun müşayiəti ilə tanınmış məşhur italyan bəstəkarı Cakomo Puççininin "Madam Batterfli" operası səsləndirilib. Əsərin baş qəhrəmanları rolunda isə Ukraynanın tanınmış opera müğənniləri olublar.

Azərbaycan diasporunun fəalları da  konsertdə iştirak ediblər.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

10 Sentyabr 2019 13:46 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Fevral 2021 | 06:34
Tərtərdə elmi-praktik seminar

Köhnə versiyamızdan xəbərləri izlə