Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mövlud ÇAVUŞOĞLU: Türkiyə Aralıq dənizi regionunda milli maraqlarını qətiyyətlə qoruyacaq

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, rəsmi Ankara Aralıq dənizinin şərqində öz milli maraqlarını bundan sonra da qətiyyətlə qoruyacaq. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. 

Qeyd edək ki, Türkiyənin xarici siyasət idarəsinin rəhbəri bu günlərdə Şimali Kiprdə səfərdə olarkən deyib: “Biz Kiprin yunan icmasına xəbərdarlıq edirik ki, bu gün arxalarında gizləndikləri heç bir qurum, istər Avropa İttifaqı, istərsə də Yunanıstan olsun, Aralıq dənizinin şərq hissəsindəki yataqların kəşfiyyatı və işlənməsi üzrə Türkiyənin planlarının qarşısını almaq gücündə deyil”. 
Türkiyəli diplomat bildirib ki, Kipr probleminin İsveçrənin Kran-Monte şəhərində aparılan danışıqların əsasında nizamlanması mümkün deyil. Belə ki, qeyri-konstruktiv danışıqların davam etdirilməsi mənasızdır. 
Türkiyəli nazir sonra vurğulayıb ki, rəsmi Ankara bundan sonra da tərəddüd etmədən və heç bir güzəştə getmədən kiprli türklərin mənafeyini qorumaqda davam edəcək. 
M.Çavuşoğlu xatırladıb ki, Türkiyə Şərqi Aralıq dənizi regionun təbii ehtiyatlarının istifadəsi üzrə birgə komissiyanın yaradılmasını təklif edib. Yunan tərəfi belə bir komissiyanın təşkilinə qəti etiraz edib. Halbuki, bu, problemin ədalətli həllinə yardım edə bilərdi.
Nazir sonda qeyd edib ki, Kipr probleminin 60 ildir həllini tapmamasının əsas səbəbi yunan tərəfinin ədalətsiz, qeyri-konstruktiv mövqedən əl çəkməməsi ilə bağlıdır. Bununla bərəbər, M.Çavuşoğlu vurğulayıb ki, rəsmi Ankara və Şimali Kipr Türk Respublikası sülh danışıqlarının davam etdirilməsinin tərəfdarıdır. 

 

M.HACIXANLI, 
“Xalq qəzeti”

9 Sentyabr 2019 22:06 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Fevral 2021 | 06:34
Tərtərdə elmi-praktik seminar

Köhnə versiyamızdan xəbərləri izlə