Ən son xəbərlər
Rəsmi Brüssel miqrant böhranını həll etmək məqsədilə nəzərdə tutulmuş 6 milyard avro vəsaitin 5,6 milyardını Türkiyəyə ödəyib. Bu bəyanatla Avropa Komissiyasının nümayəndəsi Nataşa Berto Brüsseldə keçirilən mətbuat konfransında çıxış edib. O əlavə edib ki, qalan məbləğ bu yaxınlarda rəsmi Ankaraya veriləcək. Xatırladaq ki, rəsmi Brüssel miqrasiya ilə bağlı 2016-cı ildə imzalanmış sazişə əsasən, Türkiyəyə bu məbləği ödəyir.
Xəbəri BBC verib.
Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə