Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Növbəti Beynəlxalq Böyük Türk Dili Qurultayı və Türk Dili Bayramı Bakıda keçiriləcək

XIV Beynəlxalq Böyük Türk Dili Təşkilatı Komitəsinin rəhbəri, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin baş katibi, doktor Rasim Özyürək bildirib ki, XIV Beynəlxalq Böyük Türk Dili Qurultayı 2019-cu il sentyabrın 26-da Azərbaycanın paytaxtı Bakıdakı Bakı Yunus Əmrə İnstitutunda keçiriləcək. 87-ci Türk Dil Bayramı da sentyabrın 26-da Türkiyə - Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfi və Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə Bakıdakı Yunus Əmrə İnstitutunda baş tutacaq.

Qurultayın Təşkilat Komitəsinin rəhbəri, Bilkənd Universitetinin bölgə ölkələri kurs programlarının direktoru R.Qaraca deyib ki, Türk Dili Qurultayı və 87-ci Türk Dil Bayramını həm ölkəmizdən, həm də xarici ölkələrdən gələn 120 elm adamının, azərbaycanlı müəllim və tələbələrin, türk dilini sevənlərin iştirakı ilə böyük bir coşqu və həyəcanla qeyd edəcəyik.

R.Qaraca vurğulayıb ki, XIV Beynəlxalq Böyük Türk Dili Təşkilatı Komitəsinin rəhbəri, Türkiyə--Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin baş katibi, Bilkənd Universitetinin heyət sədri, professor Ehsan Doğramacı bir Atatürkçi, böyük bir elm adamı kimi daim türk dilinin yaşadılması, saflaşdırılmsaı uğrunda böyük işlər görmüşdür.

R.Qaraca bildirib ki, Atatürk tərəfindən qurulan Türk Dil Qurumu keçmişdə olduğu kimi, gələcəkdə də gənclərə nümunə olmağa davam edəcək: “Türk dili haqqında Mustafa Kamal Atatürk kimi düşünək deyən müəllimlərimizi böyük hörmətlə anır və hörmətlə baş əyirəm. Bu gün Ulu Öndərin yaratdığı Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfi rəhbərliyini eyni xətt üzrə professor Ənvər Həsən oğlu böyük fədakarlıqla davam etdirir”.

 

R.TAHİR,
“Xalq qəzeti”

9 Sentyabr 2019 17:46 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Fevral 2021 | 06:34
Tərtərdə elmi-praktik seminar

Köhnə versiyamızdan xəbərləri izlə