Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kreditləşmə təkmilləşdirilir

Azərbaycan Banklar Assosiasiyasından (ABA) bildirilib ki, qurumun bankların kreditləşmə istiqamətindəki rəhbər şəxslərinin üzv olduğu “Kredit işi” Ekspert Qrupunun növbəti iclası keçirilib. İclasda kreditləşmənin və kreditə əlçatanlığın təkmilləşdirilməsi məqsədilə banklardan toplanılan təkliflərə yenidən baxılıb, bu istiqamətdə fikir mübadiləsi aparılıb. Sonda məsələ ilə bağlı müzakirələrin davam etdirilməsi qərara alınıb.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

9 Sentyabr 2019 16:54 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Fevral 2021 | 06:34
Tərtərdə elmi-praktik seminar

Köhnə versiyamızdan xəbərləri izlə