Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Muzdlu işçisi olan vergiödəyicisi muzdlu işlə əlaqədar vergi bəyannaməsi təqdim etməlidir

Vergi Məcəlləsinin bu il yanvarın 1-dən qüvvədə olan müddəalarına əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergiödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən gəlir vergisi 7 il müddətinə güzəştli dərəcələrlə hesablanır.

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən bildirilib ki, güzəştli dərəcənin tətbiq olunmasında əsas məqsəd ölkədə əmək münasibətlərinin rəsmiləşdirilməsi, verilən əmək haqlarının leqallaşdırılması,vergiödəyicilərinin gəlir və xərclərinin şəffaf uçotuna nail olmaqdır. Qeyd olunanlara əsasən, muzdlu işçisi olan hər bir vergiödəyicisi Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə və qaydada vergi orqanına muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsini təqdim etməlidir.

Əlavə dəyər vergisinin və sadələşdirilmiş verginin ödəyicisi olmayan vergiödəyiciləri tərəfindən muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi təqdim edilərkən “Vergiödəyicisinin fəaliyyət sahəsinə görə qrupu” adlı sətrində və “Verginin hesablanması” adlanan bölmələrdə “Vergi Məcəlləsinin 101.1-1-ci maddəsinə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan, qeyri-dövlət sektoruna aid edilən vergiödəyiciləri üzrə” işarələnməlidir.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

9 Sentyabr 2019 16:53 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Fevral 2021 | 06:34
Tərtərdə elmi-praktik seminar

Köhnə versiyamızdan xəbərləri izlə