Ən son xəbərlər
Türkiyənin şərqindəki Van vilayətində Rixter cədvəli ilə 4,3 bal gücündə zəlzələ baş verib.
Yeraltı təkanlar yerli vaxtla saat 12:56-da qeydə alınıb. Zəlzələnin episentri Yerin 21 kilometr dərinliyində olub.
Hadisə nəticəsində xəsarət alanlar olmasa da, zəlzələ əhali arasında təşviş doğurub.
Qeyd edək ki, bu gün səhər saatlarında Masallıda 3,1 maqnitudalı zəlzələ qeydə alınıb. Bundan başqa, İranın Qərbi Azərbaycan vilayətində 4 bal, Kəşmirdə isə 4,9 bal gücündə zəlzələ baş verib.
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə