Ən son xəbərlər
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub. Dərhal çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1 nəfərin liftdən çıxarılması təmin edilib.
Nazirliyinin "112" qaynar telefon xəttinə Gəncə şəhərindən də analoji hadisə barədə məlumat daxil olub.
Belə ki, Kəpəz rayonunda bir nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunmuş Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri vətəndaşa köməklik göstərib.
Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə