Ən son xəbərlər
Sentyabrın 22-də Heydər Əliyev Sarayında Xalq artisti, dirijor Rauf Abdullayevin rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və tanınmış gürcü pianoçu Xatia Buniatişvili çıxış edəcək.
Ü. Hacıbəyli adına XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşacaq konsertdə Fikrət Əmirovun “Azərbaycan kapriççio”su, Niyazinin “Rast” simfonik muğamı və Fikrət Əmirov-Elmira Nəzirovanın “Fortepiano və orkestr üçün Ərəb mövzularına konsert”i səslənəcək.
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə