Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

UEFA Çempionlar Liqası qrup mərhələsinə daha üç komanda vəsiqə qazanıb

Avqustun 27-də UÇL pley-off görüşlərindən sonra 2019-2020-ci il mövsümünün qrup mərhələsinə vəsiqəni təmin edən üç komandanın adı müəyyənləşib.

Pley-off çərçivəsində öz meydanında Rusiyanın “Krasnodar” klubunu dörd cavabsız topla məğlub edən Yunanıstan təmsilçisi “Olimpiakos”, cavab qarşılaşmasında da 1-2 hesabı ilə qalib gələrək adını UÇL qrupuna yazdırıb.

Qrupa adını yazdıran digər ikinci komanda isə Serbiyanın “Srvena Zvezda” klubu olub. İsveçrə təmsilçisi “Yanq Boyz” klubu ilə İsveçrədə 2-2 edən serblər, öz meydanında keçirilən görüşdən isə 1-1 hesabı ilə ayrılıblar. Bununla da iki görüşün nəticəsinə görə rəqib meydanında daha çox qol vuran Serbiya təmsilçisi “Srvena Zvezda” Çempionlar Liqasının qrup mərhələsinə yüksəlib.

Günün üçüncü qarşılaşması isə Norveçdə keçirilib. İlk görüşdə “Rusenborq”u öz meydanında 2-0 məğlub edən Xorvatiya təmsilçisi “Dinamo Zaqreb”, Norveçdən 1-1 hesablı heç-heçə etməklə rəqibini mübarizədən kənarlaşdırıb.

Beləliklə, “Srvena Zvezda”, “Olimpiakos” və “Dinamo Zaqreb” qrup mərhələsinə vəsiqə qazanıb. Növbəti üç komandanıın adı isə bu gecə keçiriləcək  “Ayaks” - “APOEL” (0:0), “Brügge” - “LASK” (1:0) və “Slavia Praqa” - “ÇFR Kluj” (1:0) oyunlarının nəticəsinə əsasən müəyyənləşəcək.

 

Elşən AĞALAR,
“Xalq qəzeti”

28 Avqust 2019 15:35 - İDMAN
İDMAN
6 May 2021 | 08:20
Joze Mourinyo “Roma”da

Köhnə versiyamızdan xəbərləri izlə