Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Cüdo üzrə Dünya Çempionatında ilk medalımız təmin edildi

Yaponiyanın paytaxtı Tokioda keçirilən Cüdo üzrə Dünya Çempionatında ölkəmizi təmsil edən Rüstəm Orucov və Hidayət Heydərov (hər ikisi 73 kq) yarımfinal mərhələsinə yüksəliblər.

Cüdoçularımızdan Rüstəm Orucov 1/4 finalda israilli Tohar Butbulu, Hidayət Heydərov isə Tacikistan təmsilçisi Bəhruz Xocazodanı məğlub edib.

Təmsilçilərimiz yarımfinalda bir-biri ilə qarşılaşacaq. Bununla da hər iki təmsilçimizdən birinin finala çıxması Azərbaycan yığmasının dünya çempionatında ilk medalı təmin etməsi ilə nəticələnəcək.

 

Elşən AĞALAR,
“Xalq qəzeti”

27 Avqust 2019 17:25 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə