Ən son xəbərlər
Prezident Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının qurulmasının 18-ci il dönümünə həsr olunmuş mərasimdə bildirib ki, ABŞ Prezidenti Donald Tramp ilə yaxın günlərdə telefon danışığı zamanı Suriyanın şimal-qərbindəki vəziyyəti müzakirə etmək niyyətindədir.
Türkiyə lideri əlavə edib ki, Türkiyənin cənub sərhədi boyunca Suriyanın şimalında "sülh zonası"nın yaradılması bütün bölgədə sülhün və sabitliyin təmin olunması məqsədinə xidmət edir.
Qeyd edək ki, avqustun 23-də Rusiya prezidenti Vladimir Putinin Türkiyə prezidenti ilə telefon danışığı zamanı Suriya Konstitusiya Komitəsinin yaradılması və fəaliyyətə başlaması məsələsini müzakirə etdiyi bildirilib.
Köhnə versiyamızdan xəbərləri izlə