Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mert Çetin “Roma”da

İtaliyanın “Roma” klubu Türkiyənin “Gənclərbirliyi” komandasının futbolçusu Mert Çetini transfer edib. İtalyanlar 22 yaşlı müdafiəçi üçün Ankara təmsilçisinə 3 milyon avro ödəyib. Futbolçu ilə 5 illik müqavilə imzalanıb. Razılaşmaya əsasən, oyunçu 5 milyon avrodan çox məbləğə satılacağı təqdirdə vəsaitin 10 faizi Türkiyə klubuna ödəniləcək. Qeyd edək ki, “Roma”da digər türkiyəli futbolçu Cengiz Ünder də çıxış edir.
Məlumatı “Futbol.ua” yayıb.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

17 Avqust 2019 22:07 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə