№ 347 Bakı şəhəri, 7 avqust 2019-cu il
“Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 28 sentyabr tarixli 142 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
“Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1265 nömrəli Sərəncamının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. “Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 28 sentyabr tarixli 142 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 9, maddə 755; 2005, № 12, maddə 1224; 2007,
№ 2, maddələr 180, 186; 2008, № 2, maddə 120, № 7, maddə 688; 2013, № 12, maddə 1631; 2018, № 2, maddə 344, № 3, maddə 609; 2019, № 2, maddə 367) 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:
“2. Dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları 2019-cu il sentyabrın 1-dən aşağıdakı məbləğlərdə müəyyən edilsin:
Sıra
№-si
|
|
Aylıq vəzifə ma-aşının məbləği
(manatla)
|
1.
|
Ali kateqoriya dövlət orqanlarında
|
310
|
2.
|
1-ci kateqoriya dövlət orqanlarında
|
295
|
3.
|
2-ci və 3-cü kateqoriya dövlət orqanlarında
|
280
|
4.
|
4-cü və 5-ci kateqoriya dövlət orqanlarında
|
260
|
2. Bu Qərar 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.
Novruz Məmmədov
Azərbaycan Respublikasının Baş Naziri