Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ceyhun Bayramov: Bu il rekord sayda abituriyent qələbə adını qazanıb

Yeni tədris ilinə hazırlıq işləri sürətlə gedir və yekunlaşmaq üzrədir.

Təhsil naziri Ceyhun Bayramov bildirib ki, 165 minə yaxın şagird ilk dəfə məktəbə qədəm qoyacaq: "Həm onları, həm də onların valideynlərini təbrik edirəm. Bu il rekord sayda, təxminən 41 min insan tələbə adını qazanıb. Bu ötən illərlə müqayisədə ən yüksək göstəricidir".

Nazir qeyd edib ki, Heydər Əliyev Fondu və başqa bir sıra qurumların dəstəyi ilə bu il 76 təhsil müəssisəsinin əsaslı təmiri yaxud yenidən qurulması işləri planlaşdırılıb: "Bundan əlavə, 137 modul tipli məktəbin də quraşdırılması nəzərdə tutulub. Onların da böyük əksəriyyətində işlər yeni tədris ili başlanana qədər tamamlanacaq. Bu il üçün ümumilikdə 332 adda 7 milyona yaxın tədris vəsaiti çap olunub və bütün məktəblərə paylanılıb".

 

“Xalq qəzeti”

 

11 Sentyabr 2018 14:27 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə