Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qırğızıstanın nüfuzlu kütləvi informasiya vasitələri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səfərini geniş işıqlandırıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğızıstana səfəri, sentyabrın 3-də Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov ilə görüşü, Çingiz Aytmatov adına “Rux Ordo” Mədəniyyət Mərkəzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Sammitində iştirakı və çıxışı nüfuzlu kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb.
Qırğızıstanın aparıcı telekanalları və böyük oxucu auditoriyasına malik olan sayasat.kg, Qırğızıstan hökumətinin rəsmi saytında, kaktus.media, vesti.kg, 24.kg, sputnik.kg, kginform.com, Qırğız Respublikası Prezidentinin rəsmi saytında (president.kg), stanradar.com, dövlət televiziya kanalı olan İctimai Teleradio Yayım Korporasiyasının (KTRK) rəsmi saytında, ktrk.kg, akipress.org, bulak.kg, kabarlar.kg, kabar.kg, asiatv.kg portallarında səfər haqqında silsilə materiallar geniş yer alıb. 
Qırğızıstanın dövlət qəzetləri olan "Qırğız tuusu" (“Qırğız sözü”), “Slovo Kırqızstana” və ölkədə çox populyar “Veçerniy Bişkek” qəzetlərinin səhifələrində geniş məqalələr dərc edilib.
Kütləvi İnformasiya Vasitələri Azərbaycan Prezidenti İlham Əliyevin sözlərinə istinadən məlumat verirlər ki, Azərbaycan Qırğızıstanla siyasi, iqtisadi əməkdaşlığa böyük əhəmiyyət verir. Bundan əlavə bildirilir ki, Qırğızıstan Prezidenti dövlətimizin başçısını Bişkekdə rəsmi səfərdə görməkdən məmnun olacağını bildirib. Prezident İlham Əliyev Sooronbay Jeenbekovu Azərbaycana rəsmi səfərə dəvət edib.
Prezidentimizin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Zirvə görüşündə çıxışından sitatlar gətirən KİV-lər diqqətə çatdırırlar ki, Azərbaycan Prezidenti Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzvlərini regional təhlükəsizlik məsələlərini müzakirə etməyə çağırıb. 
Media orqanları daha sonra qeyd edirlər ki, Azərbaycanın əzəli ərazisi olan Dağlıq Qarabağ uzun illərdir Ermənistanın işğalı altındadır. 1 milyona yaxın insan öz doğma torpaqlarını tərk edərək qaçqın və məcburi köçkün həyatı yaşayır. Ermənistan Azərbaycana aid dini və tarixi abidələri məhv edib və törətdiyi cinayətlərə, soyqırımına görə cavab verməlidir. 

“Xalq qəzeti”

10 Sentyabr 2018 23:16 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə