Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Leonid Kalaşnikov: Rusiya-Azərbaycan münasibətlərinin daha da inkişafı üçün yaxşı perspektivlər var

Rusiya ilə Azərbaycan arasındakı münasibətlərin daha da inkişafı üçün yaxşı perspektivlər var. 
AZƏRTAC xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədri Leonid Kalaşnikov sentyabrın 10-da "Sputnik Azərbaycan" multimedia mətbuat mərkəzi tərəfindən təşkil olunan, Azərbaycan-Rusiya münasibətlərinə həsr edilən Bakı-Moskva videokörpüsü zamanı deyib.
Leonid Kalaşnikov vurğulayıb ki, Rusiya-Azərbaycan münasibətləri geosiyasi əsas üzərində qurulub. Azərbaycanın addımları hər zaman ardıcıldır. 
Ölkələrimiz arasında humanitar əlaqələrə toxunan L.Kalaşnikov deyib ki, Azərbaycanda rus dili qorunub saxlanılır. Bu ölkədə 360 məktəbdə rus dilində tədris mövcuddur. 
Rusiya və Azərbaycan prezidentlərinin görüşləri haqqında danışan komitə sədri sentyabrın 1-də Soçi şəhərində imzalanmış 16 sənədin ikitərəfli münasibətlərin inkişafı baxımından əhəmiyyətini vurğulayıb.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rasim Musabəyov bildirib ki, Azərbaycan-Rusiya münasibətlərinin inkişafı çox önəmlidir. Ölkələrimizin siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə yaxşı əlaqələri var. 
Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin sentyabrın 1-də Rusiyaya səfəri, orada keçirdiyi görüşlər və aparılan danışıqlar bir daha Rusiya-Azərbaycan münasibətlərinin dərinləşməsinin aktuallığını göstərdi. Parlamentarilər də bu əməkdaşlığın inkişaf etdirilməsi üçün əlindən gələni edəcəklər. Azərbaycanla Rusiyanın tərəfdaşlığı çox praqmatikdir. 

10 Sentyabr 2018 23:14 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə