Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xorvatiya ölkəmizin yaxın dostlarından birinə çevrilib

Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevin yaxın və uzaq ölkələrə səfərlərini hər dəfə dərin maraqla izləyirəm. Dövlətimizin xarici siyasət sahəsindəki bir-birindən parlaq uğurları hamı kimi mənim də qəlbimdə sevinc və qürur hissləri doğurur. 
Dövlət başçımızın bir neçə gün əvvəl Xorvatiyaya rəsmi səfəri, paytaxt Zaqrebdə xanım həmkarı Kolinda Qrabar-Kitaroviç, bu ölkənin digər rəsmiləri ilə keçirdiyi uğurlu, səmərəli müzakirələr məndə bu ölkəyə, onun tarixinə, mədəniyyətinə böyük maraq oyatdı. Yaddaşımı bir daha təzələməyə çalışdım, internetdəki məlumatları gözdən keçirdim. 
Balkanlarda yerləşən Xorvatiya Azərbaycan kimi gənc, müstəqil dövlətdir. Avropa İttifaqının üzvüdür.  Xorvatiya hökuməti özünün enerji siyasətini şaxələndirməyə çalışır və bu sahədə Azərbaycan kimi etibarlı tərəfdaşla sıx əlaqələr qurmaqda maraqlıdır. Ölkəmiz, öz növbəsində, xorvatiyalı iş adamlarının gəmiqayırma, turizm və başqa sahələrdə təcrübəsindən bəhrələnə bilər.    
Əlbəttə, iki gənc müstəqil dövlət arasında iqtisadi əlaqələrin güclənməsi vacib amildir. Təbii ki, işgüzar əlaqələr, öz növbəsində, xalqlar, insanlar arasında mədəni bağlılığı daha da gücləndirir. Bu gün dərin inamla demək olar ki, Xorvatiya ölkəmizin yaxın dostlarından biridir. Azərbaycanın dostlarının artmasına yalnız sevinmək olar! 
Məni sevindirən həm də odur ki, möhtərəm Prezidentimiz İlham Əliyev dünyanın hər hansı bir  ölkəsinə səfər edərkən, keçirdiyi bütün yüksək səviyyəli görüşlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinin vacib olduğunu vurğulayır. Dövlətimizin başçısı hər dəfə haqlı olaraq vurğulayır ki, problemin ədalətli həllinin yubadılması regionda, eləcə də bütün dünyada sülh və təhlükəsizliyə böyük təhlükə törədir.
Əlbəttə, Azərbaycan Qarabağ probleminin sülh yolu ilə həllinə tərəfdardır. Lakin, bu, baş verməzsə, xalqımızın qeyrətli oğul və qızları silaha sarılaraq torpaqlarımızı yağı düşməndən azad edəcəklər. Xalqımızın buna tam hüquqi və mənəvi haqqı çatır! 
Bəli, dünya görür və eşidir ki, özgə torpaqlarını işğal edən Ermənistan dövləti təcavüzkardır. Təcavüzkar isə mütləq cəzalandırılmalıdır.

Minaxanım ƏSƏDLİ, 
Azərbaycan Turizm və Menecment Universitetinin professoru

 

10 Sentyabr 2018 23:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə