№ 334 Bakı şəhəri, 30 iyul 2019-cu il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 40 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 40 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 293; 2018, № 2, maddə 352, № 4, maddə 818; 2019, № 3, maddə 517) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”nın 3.5-ci bəndinə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının” sözlərindən sonra “, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyasının” sözləri əlavə edilsin.
Novruz Məmmədov
Azərbaycan Respublikasının Baş Naziri