№ 323 Bakı şəhəri, 25 iyul 2019-cu il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 28 noyabr tarixli 190-8 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əməliyyat-axtarış fəaliyyəti üçün vəsaitlərin xərclənməsi qaydaları və normaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu mad-dəsinin səkkizinci abzasını rəhbər tutaraq, əməliyyat-axtarış fəaliyyəti subyektlərinin razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 28 noyabr tarixli 190-8 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əməliyyat-axtarış fəaliyyəti üçün vəsaitlərin xərclənməsi qaydaları və normaları”nda dəyişiklik təsdiq edilsin (əlavə olunur).
Novruz Məmmədov
Azərbaycan Respublikasının Baş Naziri