Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakıda Beynəlxalq Elektron Ticarət Forumu keçiriləcək

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü, Avropa İttifaqının və BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının dəstəyi ilə sentyabrın 24-25-də Bakıda Beynəlxalq Elektron Ticarət Forumu keçiriləcək. Bu barədə mlumat nazirlikdən verilib.
“Bakı E-ticarət Forumu-2018” adlanan beynəlxalq tədbirdə 300-dən artıq yerli və xarici nümayəndənin iştirakı gözlənilir. 
Forum ilk dəfə Azərbaycanda elektron ticarət, elektron ödəniş və logistika xidmətlərini həyata keçirən kiçik və orta sahibkarları, startapları, həmçinin bu sahənin müxtəlif aspektlərinin inkişafı ilə məşğul olan dövlət orqanlarını və beynəlxalq inkişaf agentliklərini bir araya gətirəcək. Bu Azərbaycanda elektron ticarətin inkişafına təkan vermək məqsədi daşıyır.
Forum regionda elektron ticarətin inkişafı üçün müvafiq tövsiyələri nəzərdən keçirmək və praktiki tətbiq imkanlarının müəyyən edilməsi üzrə beynəlxalq platforma rolunu oynayacaq. Forum çərçivəsində elektron ticarətin inkişafı üçün BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı tərəfindən müəyyən edilmiş 7 əsas istiqamət üzrə müxtəlif sessiyalar təşkil olunacaq.
Sessiyalarda Avropa İttifaqı, Dünya Bankı, Ümumdünya Ticarət Təşkilatı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Ticarət Mərkəzi, Beynəlxalq Telekommunikasiya İttifaqı, Ümumdünya Poçt İttifaqı və digər beynəlxalq təşkilatların nümayəndələri və elektron ticarətin inkişafı üzrə tanınmış beynəlxalq ekspertlər çıxış edəcəklər. 
Tədbir çərçivəsində e-ticarətlə məşğul olan yerli startapların sərgisi də təşkil olunacaq. 

Ü.VAHİDQIZI, “Xalq qəzeti”

8 Sentyabr 2018 22:56 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə