Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ Prezidentindən qalmaqallı açıqlama

Birləşmiş Ştatlar Pezidenti Donald Tramp Çin Xalq Republikasından (ÇXR) idxal olunan 200 milyard dollarlıq məhsula tətbiq edilməsi nəzərdə tutulan 267 milyard dollarlıq gömrük rüsumu ilə bağlı qısa zamanda qərar verməyə hazır olduğunu bəyan edib. Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Mənbə qeyd edir ki, ABŞ-Çin gərginliyini artıracaq açıqlamaları Donald Tramp Cənubi Dakota əyalətinə səfəri zamanı “Air Force One” təyyarəsində jurnalistlərə verib.
D.Tramp deyib: “Bu addımı atmağı xoşlamıram, lakin gömrük rüsumlarını qısa zamanda tətbiq etməyə hazıram”.
Tramp administrasiyası dəniz məhsullarından idman mallarına, qaz və kimyəvi minerallardan quru meyvələrə qədər olan 5 min adda (200 milyard dollarlıq) məhsula 267 milyard dollarlıq rüsum tətbiq edəcəyini açıqlayıb.
Hazırda Çinin 50 milyard dollarlıq məhsuluna 25 faiz gömrük rüsumu tətbiq edən ABŞ gələcəkdə bunu artırmağı düşünür.

Rövşən ATAKİŞİYEV, 
“Xalq qəzeti”

8 Sentyabr 2018 22:52 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə