Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fransa və ABŞ İdliblə bağlı bəyanat veriblər

Fransanın BMT-də daimi nümayəndəsi Fransua Delatr rəsmi Parisin Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin Suriyanın İdlib əyalətində vəziyyətin nizamlanması istiqamətindəki səylərini təqdir etdiyini bildirib. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. 
F.Delatr bu barədə deyib: “Prezidentlər R.T.Ərdoğan və V.Putinin hərbi əməliyyatların qarşısının alınması, problemin siyasi yolla nizamlanması üzrə mövqelərini dəstəkləyirik”. Fransalı diplomat Suriyada münaqişəyə cəlb olunan tərəfləri İdlibdə mümkün hərbi əməliyyatlara ehtiyatla yanaşmağa çağırıb. Onun fikrincə, hazırda vaxt itirmək olmaz. Belə ki, İdlibdə gözlənilən hərbi əməliyyatlar Suriyanın şimalında humanitar böhrana gətirib çıxara bilər. Bu hadisələr həm Türkiyə, həm də Avropa, eləcə də dünyanın digər regionları üçün fəsadlar törədə bilər.
Fransanın BMT-də daimi nümayəndəsi Suriya probleminin həlli ilə bağlı Astana razılaşmasına imza atan ölkələri atəşkəsə əməl etməyə, xüsusilə dinc əhalini qorumağa səsləyib. 
Yeri gəlmişkən, İdlibdəki vəziyyətlə bağlı ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli də bəyanat səsləndirib. Onun sözlərinə görə, Əsəd rejimi və onun tərəfdarları Suriya ərazisində münaqişə baş verən bir sıra regionları bloklamaq, sonradan həmin əraziləri terrorçulardan azad etmək məqsədilə hücumlar təşkil etmək taktikasını seçiblər. O, bunu “Ölüm teatrının ssenarisi” adlandırıb. 
N.Heyli vurğulayıb ki, İdlibdə və yaxın ərazilərdə ərzaq və içməli su ehtiyatı tükənib və əhalinin ağır hücumlardan qorunmaq imkanı, demək olar ki, yoxdur.
Amerikalı diplomat sonra deyib: “ABŞ Prezidenti Donald Trampın və digər liderlərin xəbərdarlıqlarına baxmayaraq, Rusiya və Əsəd rejimi şəhərlərin dinc sakinlərinə qarşı havadan ağır hücumlar təşkil edirlər. Biz açıq mətnlə bəyan edirik ki, İdlibə qarşı təcavüz münaqişənin şiddətlənməsinə səbəb olacaq. Əgər Əsəd, Rusiya və İran öz yollarına davam etsələr, nəticələr ağır olacaq. 

Məsaim HACIXANLI, 
“Xalq qəzeti”

8 Sentyabr 2018 22:51 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə