Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Möhtəşəm layihə

ABŞ, İtaliya və Çin meteoroloqları Böyük səhranın iqlimini modelləşdirərək, sözügedən regionun yenidən məhsuldar ola biləcəyini göstəriblər. Alimlər qrupunun rəhbəri Yuciniya Kalnay səhrada Günəş və külək elektrik stansiyaları tikməklə buna nail olacaqlarını açıqlayıb. O bildirib ki, obyektlər səhraya yerləşdirildikdən sonra yağıntılar iki dəfə artacaq. Bu, bitki örtüyünün inkişafına təkan verəcək. Qeyd edilir ki, səhrada yerləşdiriləcək Günəş panelləri vasitəsilə bəşəriyyətin istifadə etdiyindən 4 dəfə çox enerji istehsal etmək mümkündür.
Məlumatı “Science” yayıb.

Hazırladı: 
Elçin ABBASOV,
“Xalq qəzeti”

 

8 Sentyabr 2018 22:47 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə