Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanlı müğənninin səsi türk musiqi tənqidçisini heyran edib

Məşhur vokal üzrə türk pedaqoq və musiqi eksperti Emre Yücelen Azərbaycanın Əməkdar artisti Səbinə Babayevanın ifasını dinləyərkən hisslərini emosional tərzdə ifadə edib.

Məşhur vokal üzrə türk pedaqoq və musiqi eksperti Emre Yücelen Azərbaycanın əməkdar artisti Səbinə Babayevanın ifasını dinləyərkən onun səsinə heyran olub. Bu barədə Yücelen özünün Instagram səhifəsində paylaşım edib.

Yücelen hər dəfə Türkiyə və müxtəlif ölkələrdən olan ifaçıların çıxışlarını şərh edir. Bu dəfə o, Səbinə Babayevanın "Avroviziya-2012" beynəlxalq musiqi yarışmasında ifa etdiyi "When the music dies" kompozisiyası üzərində dayanıb.

"Bu nə isə inanılmazdır. Mən Səbinə Babayevanın ifasını dinləyərkən ağlım başımdan çıxdı. Müdhiş performansdır. Qışqırdım, havalandım, dəli oldum. Mən bu ifa haqqında bütün dünyaya hayqırmaq istəyirəm. Çoxdandır belə bir səs eşitməmişdim. Səsdəki qüvvətə bax, maşallah. İnanılmazdır. Bu bizim üçün həddindən artıq oldu " — deyə Yücelen yazıb.

Bloggerin izləyiciləri də onun verdiyi qiymətlə razı olduqlarını qeyd ediblər. Səbinə Babayeva da öz növbəsində Yücelenə təşəkkürünü bildirib.

Səbinə Babayeva Azərbaycanın məşhur ifaçılarından biridir. 1999-cu ildən başlayaraq Azərbaycan və bir sıra xarici ölkələrdə keçirilən vokal müsabiqələrində uğurla iştirak edib. Azərbaycan tamaşaçıları arasında o, yerli "Bəyaz həyat" teleserialının saundtreki olan "Röya kimi" mahnısını ifa edəndən sonra məşhurlaşıb. Müğənni "Avroviziya-2012" mahnı yarışmasında 4-cü yeri tutub.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

 

8 Sentyabr 2018 15:14 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə