Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə növbəti beynəlxalq film festivalına ev sahibliyi edəcək

Bu il səkkizinci dəfə təşkil ediləcək Malatya Beynəlxalq Film Festivalına 188 ekran əsəri təqdim olunub.

Anadolu Agentliyi  xəbər verir ki, noyabrın 9-dan 15-dək davam edəcək festival Malatya Şəhər Bələdiyyəsi, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi Kino Baş İdarəsi və Malatya Şəhər Meriyasının dəstəyi ilə reallaşacaq.

Festival Türkiyənin milli kino sahəsinin inkişafına təkan vermək, təcrübəli kinematoqrafçıları dəstəkləmək, habelə yeni istedadları üzə çıxarmaq məqsədi daşıyır. Festivala ötən il olduğu kimi, bu il də xaricdən çoxsaylı təcrübəli kinematoqrafların qatılacağı gözlənilir.

Festivalın şərtlərinə əsasən, finala qalan 20 ekran əsərindən 5-nə mükafat veriləcək. Sözügedən festivalda ölkəmizin də iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, VII Malatya Beynəlxalq Film Festivalında azərbaycanlı rejissor Elçin Musaoğlunun ekranlaşdırdığı “Türkiyə mənim də Vətənimdir” adlı sənədli filmin təqdimatı olub. 15 iyul gecəsi baş verən dövlət çevrilişi cəhdi zamanı Türkiyədə yaşanan hadisələrin azərbaycanlıların gözü ilə lentə köçürüldüyü sənədli filmin çəkilişləri Bakı, İstanbul, Ankara, Sakarya və Malatyada aparılıb. Ekran əsəri böyük maraqla qarşılanıb.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

8 Sentyabr 2018 15:07 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə