Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Folklor İnstitutunda olub

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Səlma Kösəoğlu AMEA-nın Folklor İnstitutunun qonağı olub.

www.science.gov.az saytı yazır ki, institutun direktoru, akademik Muxtar İmanovla görüşdə qonağa müəssisənin tarixi, elmi-tədqiqat istiqamətləri və həyata keçirilən layihələr haqqında məlumat verilib.

S.Kösəoğlu isə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçiriləcək “Unudulan sözlər yaşadılsın: “Divanü Lüğat-it Türk” beynəlxalq konfransına Folklor İnstitutunun da təşkilatçı tərəf kimi qoşulmasını təklif edib.

Danışıqlar nəticəsində konfransın sentyabrın 14-də Bakıda keçirilməsi qərara alınıb.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

8 Sentyabr 2018 14:50 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə