Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan və İtaliya alimləri birgə tədqiqatlar aparırlar

İtaliya Milli Tədqiqatlar Şurasının (CNR) Ətraf Mühitin Təhlili Metodologiyası İnstitutunun əməkdaşı, professor Lusiano Teleska AMEA-nın Geologiya və Geofizika İnstitutunda olub. Məqsəd Mingəçevir su anbarında seysmik effektin tədqiqi və seysmik təhlükənin qiymətləndirilməsi mövzusunda birgə aparılan elmi-tədqiqat layihəsi ilə bağlı müzakirələr aparılmasıdır.

www.science.gov.az saytı yazır ki, layihənin rəhbərləri AMEA-nın Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov və L.Teleskadır.

Alimlər görüş zamanı Mingəçevir su anbarı ətrafında olan GPS stansiya məlumatların fraktal və spektral analizinin nəticələrini və iş planını müzakirə ediblər. Bundan əlavə, gənc alimlər üçün yerin geofiziki sahələrinin monitorinqi ilə əldə edilən ardıcıllıqların analiz və interpretasiya metodlarına dair İtaliyada keçirilməsi planlaşdırılan seminarla bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, sözügedən layihə AMEA ilə CNR tərəfindən 2017-ci ildə birgə elan edilmiş müsabiqədə qalib olub. Layihənin icrasında AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları da iştirak edirlər.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

 

8 Sentyabr 2018 14:06 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə