Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

90 yaşlı qadın mina ilə polis məntəqəsinə gəldi - Təcili təxliyə

Zənbilində sovet artilleriya minası olan almaniyalı 90 yaşlı pensiyaçı qadın polis məntəqəsinə gəlib. Bu hadisə Köln ətrafındakı Leverkuzen şəhərində olub.

Axar.az xəbər verir ki, minanı 1943-cü ildə bu qadının həyat yoldaşı cəbhədən qayıdanda özü ilə gətirib. Bütün bu illər ərzində döyüş sursatı evdə - yazı masasının üstündə suvenir kimi saxlanılıb. Ərinin ölümündən sonra bu “suvenirdən” canını qurtarmaq istəyən qadın onu zənbilə qoyaraq polis məntəqəsinə gətirib.

Bölmədəkilər təcili olaraq təxliyə edilib. Buraya çağırılan istehkamçılar işlək vəziyyətdə olan qumbaranı zərərsizləşdiriblər.

 

İsaq Əmənullayev,
"Xalq qəzeti”

8 Sentyabr 2018 13:50 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə