Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakıda Əfqanıstanın milli bayramı qeyd edilib

Sentyabrın 7-də Bakıda Əfqanıstanın müstəqilliyinin 99-cu ildönümü münasibətilə qəbul təşkil olunub.
AZƏRTAC xəbər verir ki, qəbulda əvvəlcə Azərbaycanın və Əfqanıstanın dövlət himnləri səslənib.
Tədbirdə çıxış edən bu ölkənin Azərbaycandakı səfiri Məhəmməd Tağı Xəlili Əfqanıstan-Azərbaycan münasibətlərinin inkişafından danışaraq deyib: Ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən siyasi və iqtisadi sahədə əməkdaşlıq mövcuddur. 2017-ci ildə Azərbaycan “Asiyanın Qəlbi - İstanbul Prosesi” çərçivəsində 7-ci nazirlər konfransını təşkil etməklə növbəti dəfə Əfqanıstana beynəlxalq siyasi dəstək nümayiş etdirdi. Konfrans çərçivəsində mühüm sənədlər imzalandı. Bu sənədlər siyasi, iqtisadi, təhsil, aviasiya sahələrini əhatə edir”.
Səfir bildirib ki, iki ölkə arasında münasibətlər səmimi dostluğa və qarşılıqlı hörmətə söykənir. Azərbaycan NATO-nun Əfqanıstandakı missiyasına sadiqdir və ölkəmizin etibarlı tərəfdaşıdır. 
Azərbaycan xarici işlər nazirinin müavini Ramiz Həsənov çıxış edərək əlamətdar gün münasibətilə əfqan xalqını Azərbaycan hökuməti adından təbrik edib. O bildirib ki, iki ölkə arasında əlaqələr tarixi köklərə malikdir, hər iki xalqı tarix və mədəniyyət birləşdirir.  Müxtəlif sahələrdə əlaqələrimiz sürətlə inkişaf edir. “Azərbaycanda keçirilən “Asiyanın Qəlbi – İstanbul Prosesi” çərçivəsində 7-ci nazirlər konfransı ölkələrimiz arasında münasibətlərin, o cümlədən iqtisadi əlaqələrin inkişafına xüsusi təkan verdi. Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən Əfqanıstanın da faydalanması bu ölkənin inkişafına böyük töhfə verəcək. ADA Universiteti tərəfindən əfqanıstanlı tələbələrin bu təhsil ocağında təhsil almaları üçün yaxşı imkan yaradılıb. Həmçinin Azərbaycan Əfqanıstandakı sülhməramlılarının sayını 120-yə çatdırıb”, – deyə Ramiz Həsənov vurğulayıb.
Nazir müavini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Əfqanıstanın ölkəmizin ədalətli mövqeyini və ərazi bütövlüyünü dəstəkləməsini yüksək qiymətləndirib. 
Qəbulda rəsmi şəxslər, Milli Məclisin deputatları, səfirlər, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

7 Sentyabr 2018 21:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə