Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Müqavilənin müddəti artırılıb

Hollandiyanın “Ayaks” futbol klubu komandanın hücumçusu Duşan Tadiçlə müqaviləni yeniləyib. Yeni sövdələşməyə əsasən, Tadiç 2023-cü ilədək “Ayaks”ın şərəfini qoruyacaq. Müqavilənin şərtllərinə əsasən, Tadiç 2023-cü ildən etibarən “Ayaks”ın akademiyasında uşaq məşqçisi kimi fəaliyyətə başlayacaq və ən azı, 2026-cı ilə qədər bu vəzifədə çalışacaq. Qeyd edək ki, 30 yaşlı hücumçu ötən mövsüm “Ayaks”da 56 oyuna çıxıb və 36 qol vurub.
Məlumatı “Futbol.ua” yayıb.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

 

 

10 İyul 2019 23:19 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə