Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Ford”da nasazlıq aşkarlanıb

ABŞ-ın “Ford” avtomobil şirkəti Şimali Amerika bazarında satılmış 2 milyona yaxın avtomobili geri çağırıb. Bildirilir ki, geri çağırılan avtomobillər 2015-2018-ci illərdə istehsal olunmuş “Ford F-150” pikaplarıdır.
Qeyd olunur ki, geri çağırılmanın səbəbi avtomobillərin təhlükəsizlik kəmərləri ilə əlaqəlidir. Hazırda bu problemlə əlaqədar ABŞ-da 17, Kanadada isə 6 hadisə məlumdur.
Xəbəri “Bloomberg” verib.

Hazırladı: 
Elçin ABBASOV,
“Xalq qəzeti”

 

7 Sentyabr 2018 20:29 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə