Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dieqo Qodin “İnter”ə keçib

İtaliya “A” seriyasının aparıcı klublarından olan “İnter” Madridin “Atletiko” komandasının müdafiəçisi Dieqo Qodini transfer edib. 33 yaşlı müdafiəçi Milan təmsilçisinə azad agent kimi transfer edilib. O, “İnter”lə üçillik müqavilə imzalayıb. Qeyd edək ki, D.Qodin 2010-cu ildən etibarən “Atletiko”nun şərəfini qoruyurdu. O, Madrid təmsilçisinin heyətində İspaniya çempionu, ölkə kubokunun qalibi, iki dəfə UEFA Avropa Liqasının, üç dəfə isə UEFA Super Kubokunun qalibi olub.

Xəbəri “Soccernews” verib.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

2 İyul 2019 23:02 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə