Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gəncədə körpələr evi-uşaq bağçalarının vəziyyəti müzakirə edilib

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhərdəki körpələr evi-uşaq bağçalarının vəziyyəti ilə bağlı iclas keçirib. Bu münasibətlə məktəbəqədər müəssisələrin rəhbərləri ilə görüşən şəhər rəhbəri bir sıra vacib məsələlərə xüsusi diqqət yetirib.

Məlumat verilib ki, Gəncədə 42 körpələr evi-uşaq bağçası fəaliyyət göstərir. Lakin onlardan cəmi 8-i tam təmirlidir. Digər 34 körpələr evi-uşaq bağçasında əsaslı təmir-tikinti işlərinə ehtiyac var. Binalarda istilik sistemlərinin nasaz vəziyyəti, avadanlıqların köhnə olması uşaqlarla təlim-tərbiyə işinin müasir standartlar səviyyəsində qurulmasına əngəl törədir.

Eyni zamanda, qida məhsulları ilə təminat məsələsi də gündəmə çıxarılıb. Bildirilib ki, qiymətlərin münasib olmaması və vaxtaşırı ləngimələrin yaşanması körpələr evi-uşaq bağçalarında qida normasının pozulmasına gətirib çıxarır. Bu isə valideynlərin haqlı narazılığına səbəb olur. Görüşdə Gəncədə körpələr evi-uşaq bağçalarına yüksək tələbat olduğu halda  qrupların və pedoqoji kadrların çatışmazlığı da qeyd edilib.

Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov körpələr evi-uşaq bağçalarında işin müasir tələblər səviyyəsində qurulması üçün ilk növbədə sağlam psixoloji mühitin və valideynlərlə səmimi münasibətin formalaşdırılmasının vacibliyini vurğulayıb. O, iclasda qaldırılan problemlərin qısa zamanda həll olunması üçün aidiyyatı qurum və şəxslərə müvafiq göstərişlər verib. Səslənən bir sıra təkliflər isə baxılması və dəyərləndirilməsi üçün qeydiyyata alınıb.

 

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri

 

7 Sentyabr 2018 17:35 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə