Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakı Ali Neft Məktəbi universitetlərimizin “TOP-10”luğunda liderdir

Son dörd ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarında abituriyentlər tərəfindən toplanılan orta ballara görə Bakı Ali Neft Məktəbi (BANM) ölkə üzrə bütün ali təhsil ocaqları arasında birincidir. Bu barədə məlumat Təhsil Nazirliyinin ötən ildə görülən işlərə həsr olunan hesabatında yer alıb.

BANM-dən bildirilib ki, 2017/2018-ci tədris ili üçün keçirilmiş qəbul imtahanlarında abituriyentlərin topladıqları orta ballara görə universitetlərimizin “TOP-10”luğunda bu ali məktəb (678,4 orta bal) liderliyi qoruyub saxlayıb. Təsadüfi deyil ki, builki qəbul imtahanında birinci qrup üzrə 700 bal toplamış Əsra Bayramova və Vasif Əsədov da BANM-i seçiblər.

Qeyd edək ki, ötən il birinci qrup üzrə qəbul imtahanlarında 700 bal toplamış yeddi abituriyentin hər birinin seçimi BANM olub. Eyni zamanda, ötən iI birinci qrup üzrə Prezident təqaüdünə layiq görülmüş 25 tələbənin 24-ü bu ali məktəbdə təhsil alır.

 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

7 Sentyabr 2018 17:27 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə