Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Artıq PSJ-də qalmaq istəmirəm”

PSJ futbol klubunun hücumçusu Neymar komandanın prezidenti Nasir Əl-Xələfiyə yenidən “Barselona”ya dönmək istədiyini bildirib. O deyib: “Mən artıq PSJ-də qalmaq istəmirəm. Tezliklə öz evimə (“Barselona”) dönmək istəyirəm. Oranı heç vaxt tərk etməməli idim”. Nasir Əl-Xələfi isə mətbuat konfransında Neymarı tənqid edərək deyib: “Komandaya hörmət etməyən və öz işinə peşəkar yanaşmayan şəxslər klubdan gedə bilər”.
Qeyd edək ki, Neymar 2017-ci ildə 222 milyon avroya “Barselona”dan PSJ-yə transfer olunub.
Xəbəri “Soccernews” verib.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

25 İyun 2019 00:18 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə