Ən son xəbərlər
Havanın çirklənməsinin qarşısını almaq məqsədilə sentyabrın 22-də Londonda nəqliyyatsız gün elan edilib.
Şəhərin meri Sadiq Xan London Bridge, Tower Bridge və şəhər ətrafında olan bəzi yerlərdə nəqliyyatın istifadəyə qapalı olacağını açıqlayıb. Mer bildirib ki, ilk dəfə şəhər mərkəzindəki yolların böyük hissəsi bağlı olacaq, bu da insanlara başqa vasitələrdən istifadə etmək imkanı yaradacaq.
Qeyd edək ki, havanın çirklənməsi ildə təxminən 40 min insanın erkən ölümünə səbəb olur.
Xəbəri TASS yayıb.
Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə