Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2018-ci il tarixli 373 nömrəli sərəncamının icrası ilə əlaqədar aşağıdakı obyektlərin layihə-smeta sənədlərinin hazırlanması işləri üzrə AÇIQ TENDER ELAN EDİR

- Xəzər, Pirallahı və Xızı rayonlarının zeytun və badam bağları salınacaq ərazilərində torpaq sahələrinin suvarma suyu ilə təmin edilməsinin layihə-smeta sənədlərinin hazırlanması və işlərə başlanılması (II mərhələ)
- .“Sel və daşqın təhlükəli çayların zərərli təsirinə qarşı mübarizə və qəza vəziyyətinin aradan qaldırılması tədbirləri” obyekti tərkibində Göyçay rayonu ərazisində Göyçay çayında baş su qəbuledici qurğunun təmir-bərpası və selə qarşı mühafizə tədbirləri (I və II mərhələ);
- Şəmkir Maşın kanalının II növbəsinin tikintisinin davam etdirilməsi və III növbəsinin layihə-smeta sənədlərinin hazırlanması (kanalın III növbəsinin layihə-smeta sənədlərinin hazırlanması)
- Şəmkir Maşın kanalının nasos stansiyasının suvarma qabiliyyətinin artırılması və onun I növbəsinin təmir-bərpası
Tender iştirakçılarına təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanununa uyğun yuxarıda göstərilən tender predmeti üzrə təklifləri texniki və maliyyə təkliflərindən ayrı-ayrılıqda hazırlamaqla, möhürlənmiş və imzalanmış bağlamada təqdim etsinlər.
Tenderin qalibinə təkliflərin qiymətləndirilməsindən sonra yazılı bildiriş göndəriləcəkdir. 
Təkliflərin qiymətləndirilməsi zamanı aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
 - analoji işlərdə təcrübəsi;
 - texniki təklifdə göstərilən işin metodologiyası;
 - maliyyə vəziyyəti;
 - işin yerinə yetirilmə müddəti;
 - aşağı qiymət.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
Görüləcək işlər satınalma müqaviləsinin qüvvəyə mindiyi gündən 2 ay ərzində icra edilməli və mövcud qanunvericiliyə uyğun təhvil verilməlidir. 
Tenderlə əlaqədar məlumat almaq üçün maraqlananlar əlaqələndirici şəxsə müraciət edə bilərlər. Əlaqələndirici şəxs: Rəfail Məmmədov, telefon: 431-08-64, faks: 430-79-57.
 Ünvan: Bakı şəhəri, Moskva prospekti 69a, tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti. 
Maraqlananlar Azərbaycan dilində tərtib edilmiş əsas şərtlər toplusunu 150 manat məbləğdə iştirak haqqı ödədikdən sonra yuxarıda göstərilən ünvandan ala bilərlər. 
İddiaçılar iştirak haqqını aşağıdakı hesaba ödəməlidirlər: 
Bank rekvizitləri: Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti 
VÖEN: 1300300711, 
h/h: AZ10IBAZ 38070019449716100216, 
“Azərbaycan Beynəlxalq Bankı”nın Yasamal filialı
m/h: AZ03NABZ01350100000000002944,
VÖEN: 9900001881,
Kod: 805562 
SWIFT: IBAZAZ2Х (AZIPS-in üzvü)
Tenderdə iştirak haqqı heç bir halda geri qaytarılmır.
Tenderdə iddiaçı kimi iştirak etmək istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- iddiaçının tam adını, hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış, lisenziya və s.) notarial qaydada təsdiq edilmiş surətləri;
- iddiaçının son üç ildəki maliyyə vəziyyəti barədə bank arayışı;
- bank rekvizitləri;
- analoji layihələndirmə üzrə təcrübəsi və mütəxəssisləri barədə məlumat;
- işləri yerinə yetirmək üçün tələb olunan potensial imkanları haqqında məlumat ;
- tender təklifinin qüvvədə olma müddəti zərflərin açıldığı gündən sonra ən azı 30 bank günüdür;
- tender təklifinin təminatı ümumi təklifin 2 faizi həcmində olmalıdır və zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti.
Sənədlər Azərbaycan dilində 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 26 sentyabr 2018-ci il saat 17.00-dək, tender təklifi və bank təminatını isə möhürlənmiş və ikiqat zərfdə 9 oktyabr 2018-ci il saat 18.00-а qədər yuxarıda göstərilən ünvana təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
Təklif zərfləri 10 oktyabr 2018-ci il saat 16.00-dа Bakı şəhəri, Hökumət evi, V mərtəbədə, 514 nömrəli otaqda açılacaqdır .
Təklif zərflərinin açılışında iddiaçıların səlahiyyətli nümayəndələri də iştirak edə bilərlər.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olacaqdır.

Tender komissiyası

6 Sentyabr 2018 23:00 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN

Köhnə versiyamızdan xəbərləri izlə