Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İsrailli alimlər Əlyazmalar İnstitutunda...

Moderator.az saytından verilən xəbərə görə, bu günlərdə İsrail Bar-İlan Universitetinin əlyazmaşünas alimləri professor Zohar Amar və doktor Yaron Serri AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olublar. Qonaqları institutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov, Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin müdiri, tarix  üzrə elmlər doktoru, professor Fərid Ələkbərli qarşılayıblar. Bar-İlan Universitetinin “İsrailşünaslıq” kafedrasının professorları orta əsr əlyazmaları əsasında tibbin tarixini, dünyanın bitki örtüyünü öyrəndiklərini bildiriblər. Onlar həm də Əlyazmalar İnstitutunda mühafizə olunan tibbi dair qədim ərəbdilli əlyazmalarla maraqlandıqlarını vurğulayıblar. Qonaqlara YUNESKO-nun qeyri-maddi-mədəni irs siyahısında yer almış tibbə dair 3 nəfis əlyazma ilə tanışlıq imkanı yaradılıb.

Sonra israilli alimlər Əlyazmalar İnstitutunun ekspozisiya zalında olublar. İnstitutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfov onlara binanın və Əlyazmalar İnstitutunun tarixi, burada qorunan əlyazmalar haqqında məlumat verib. Sonda professor Zohar Amar və doktor Yaron Serri institutun rəy kitabına öz ürək sözlərini yazmış və xatirə şəkli çəkdirmişlər.

 

İsaq Əmənullayev,
“Xalq qəzeti”

6 Sentyabr 2018 16:37 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə