Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yaponiyada Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinə böyük maraq göstərilir

Azərbaycanın və Yaponiyanın xarici işlər nazirləri birgə mətbuat konfransı keçiriblər

Azərbaycanla Yaponiya arasında əlaqələr yüksək səviyyədədir. Ölkəmizdə Yaponiyanın 30 şirkəti fəaliyyət göstərir. Yaponiya Azərbaycana təqribən 7 milyard dollar investisiya yatırıb.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda səfərdə olan yaponiyalı həmkarı Taro Kono ilə birgə keçirdiyi mətbuat konfransında deyib. E.Məmmədyarov qeyd edib ki, Azərbaycana gələn yapon turistlərin sayı artır. Bu gün turizmin inkişafı üçün Yaponiya və Azərbaycan arasında birbaşa aviareysin açılması məsələsi də müzakirə edildi. Belə bir aviareys açıla bilər.
“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Yaponiyanın mövqeyi bəllidir. Onlar hesab edirlər ki, bu münaqişə tezliklə öz həllini tapmalıdır”, – deyə Elmar Məmmədyarov vurğulayıb.
O qeyd edib ki, yaponiyalı həmkarı ilə görüş zamanı Azərbaycan və Yaponiya arasında müxtəlif sahələrdə sərmayələrin qoyulması məsələləri müzakirə edilib. Yaponiya şirkətləri Azərbaycanda infrastruktur layihələrinin həyata keçirilməsində maraqlıdır. Yaponiya tərəfindən Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin inkişafına böyük maraq göstərilir.
Bakıda səfərdə olan Yaponiyanın xarici işlər naziri Taro Kono bildirib ki, ölkəsi Azərbaycan vətəndaşları üçün viza rejimini sadələşdirmək qərarına gəlib. Yaponiya Azərbaycanla çoxşaxəli münasibətləri möhkəmləndirmək istəyir.
Bu səfər nəticəsində iki ölkə arasında dostluq əlaqələrinin inkişaf edəcəyinə ümid bəslədiyini deyən T.Kono vurğulayıb ki, “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi üzrə sazişin yenilənməsi məmnunluq doğurur. Bu, əməkdaşlığın güclənməsinə yeni təkan verəcək.

5 Sentyabr 2018 22:08 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə