Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Moskvada MDB ölkələri Ali Maliyyə Nəzarəti Orqanları Rəhbərləri Şurasının XVIII sessiyası keçirilib

Moskvada MDB ölkələri Ali Maliyyə Nəzarəti Orqanları (AMNO) Rəhbərləri Şurasının XVIII sessiyası keçirilib. Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov tədbirdə iştirak edib.
Rusiya Hesablama Palatasının sədri Aleksey Kudrin tədbiri açaraq sessiyanın mövzusu barədə məlumat verib, MDB-yə üzv ölkələrin çoxtərəfli və ikitərəfli əməkdaşlığının nəticələrindən və ali audit qurumlarının fəaliyyətindən danışıb. O, Şuranın XVII sessiyasının Bakıda yüksək səviyyədə təşkilinə və ötən dövrdə quruma uğurla sədrlik etdiyinə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib.
Vüqar Gülməmmədov Şuranın ötən dövrdə fəaliyyətinə dair hesabat məruzəsi ilə çıxış edib.
Sessiyada növbəti bir il üçün quruma sədrlik Rusiyaya təhvil verilib.
Tədbir çərçivəsində “Dövlət idarəçiliyinin inkişafında və səmərəliliyinin artırılmasında informasiya texnologiyalarının rolu” mövzusunda tematik sessiya keçirilib. 
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov sessiyada çıxış edərək bildirib ki, Azərbaycan dinamik surətdə inkişaf edir. O, MDB ali maliyyə nəzarəti qurumlarının sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb. ­Qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətinə toxunan Vüqar Gülməmmədov dövlət və icmal büdcələrinə rəylərin hazırlanması, büdcədənkənar fondlar üzrə nəzarət tədbirlərinin keçirilməsi, audit yoxlamaları zamanı informasiya texnologiyalarından istifadə olunmasının əhəmiyyətindən danışıb.
Sessiya çərçivəsində Azərbaycan Hesablama Palatasının sədri Vuqar Gülməmmədov Qırğızıstan Hesablama Palatasının sədri Ulukbek Maripov ilə görüşüb. Görüşdə əlaqələrin inkişafından söhbət açılıb və iki ölkənin Hesablama palataları arasında əməkdaşlıq haqqında saziş imzalanıb.

Fəridə Abdullayeva,
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

5 Sentyabr 2018 22:07 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə